Fransada valideyn müəllimin başını kəsdi - VİDEO

17-10-2020, 00:02           
Fransada valideyn müəllimin başını kəsdi - VİDEO
Paris ətrafı bölgədə tarix və coğrafiya müəlliminin başı kəsilib.

Teref.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalında məlumat yayılıb.

İlkin məlumata görə, hadisənin səbəbi Məhəmməd peyğəmbərin karikaturaları ilə bağlıdır.

Belə ki, müəllim uşaqlara söz azadlığı haqqında danışarkən bu karikaturalardan istifadə edib.

Bu fakt valideynlərdən birinin hiddətinə səbəb olub. Məktəbə gələn kişi müəllimi qətlə yetirib.

O, hadisədən bir neçə dəqiqə sonra polis tərəfindən saxlanılıb.

Bu səbəbdən Fransanın daxili işlər naziri iş səfərini yarımçıq qoyaraq Parisə qayıdıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru