Ermənilər PKK-çılarla bir arada: Qarabağ müharibəsi...

19-10-2020, 01:24           
Ermənilər PKK-çılarla bir arada: Qarabağ müharibəsi...
Fransanın paytaxtı Parisdə ermənilər Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün keçirdiyi əməliyyata qarşı etiraz aksiyası keçirib.

Axar.az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Bildirilir ki, aksiyada ermənilərə PKK terror təşkilatının üzvləri də dəstək verib. PKK üzvlərinin əllərində Ermənistan bayrağı və terror təşkilatına aid əsgilər olub.

Aksiyada əsgi parçalarının yanında Yunanıstan bayraqlarının olması da diqqət çəkib.

Qeyd edək ki, PKK terrorçularının ermənilərlə sıx təmasda olması artıq faktdır. Hətta işğalçı ölkə Qarabağ müharibəsinə də PKK terrorçularını cəlb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru