Tramp Əsədə gizli məktub yazıb

19-10-2020, 09:42           
Tramp Əsədə gizli məktub yazıb
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Terrorla Mübarizə üzrə rəhbəri Kaş Patel Əsəd rejiminin əsir götürdüyü iki amerikalının sərbəst buraxılması üçün gizli şəkildə Dəməşqi ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

Bildirilir ki, K.Patel Amerika vətəndaşlarının buraxılması üçün gizli görüşlər keçirib. Görüşlə bağlı isə ətraflı məlumat verilməyib.

Digər tərəfdən iddia edilir ki, mart ayında ABŞ Prezidenti Donald Tramp Bəşər Əsədə gizli məktub yazıb. Məktubda Tramp Əsədə 2012-ci ildə Suriyada əsir düşən amerikalı jurnalist Ostin Taysın sərbəst buraxılması üçün birbaşa dialoq çağırışı etdiyi deyilir.

Qeyd edək ki, son proseslərdə də tərəflərin razılığa gəlmədiyi bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.