Çinli hakerlər antivirus proqramı vasitəsilə ABŞ-a hücum etdilər

20-10-2020, 00:04           
Çinli hakerlər antivirus proqramı vasitəsilə ABŞ-a hücum etdilər
Amerika Birləşmiş Ştatlarında keçirilən seçkilər dönəmində çinli hakerlər antivirus proqramı vasitəsilə istifadəçiləri viruslu fayl yükləməyə təşviq ediblər.

TED.az xəbər verir ki, bu məqsədlə McAfee adlı antivirus proqramından istifadə olunub. Məqsəd isə ələ keçirilən fərdi məlumatlardan seçkilər zamanı istifadə olub. ABŞ səlahiyyətliləri bunun artıq ikinci belə hücum olduğunu qeyd ediblər. Bildirilib ki, bu zaman istifadəçilərə zərərli şifrələr elektron poçt vasitəsilə göndərilib. Linkin sadəcə antivirus proqramı olduğunu düşünən istifadəçilər əslində zərərli virusları kompüterlərinə yükləmiş olurlar.

Qeyd edək ki, sözügedən hücumun qurbanı olan şəxslərin elektron poçtuna rəsmi qurumlar tərəfindən bununla bağlı xəbərdarlıq göndərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru