Qətər mediası da Gəncə terrorundan yazdı

21-10-2020, 02:29           
Qətər mediası da Gəncə terrorundan yazdı
Qətərdə ərəb dilində nəşr olunan “Əl-Raya” qəzetində Gəncə şəhərinə edilmiş hücumla bağlı məlumat dərc edilib.

Axar.az xəbər verir ki, Azərbaycanın Qətərdəki Səfirliyindən bildirilib ki, yazıda erməni ordusunun oktyabrın 17-də gecə vaxtı Gəncə şəhərini raket atəşinə məruz qoyması və nəticədə13 mülki şəxsin həyatını itirdiyi haqqında məlumat verilir.

Yazıda qeyd olunur ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə iki yaşayış binasına endirilmiş raket zərbələri 13 nəfərin həyatını itirməsinə, 45 nəfərin ağır yaralanmasına, çoxlu bina, ev, iş yerləri, nəqliyyat vasitələri və s. zərər görməsinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru