Ermənistanda siyasi gərginlik artır - Paşinyan sabiq prezidentlərə mesaj göndərib

21-10-2020, 11:39           
Ermənistanda siyasi gərginlik artır - Paşinyan sabiq prezidentlərə mesaj göndərib
Xəbər verdiyimiz kimi, dünən işğal altında olan Qarabağdakı seperatçı rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Quqasyan Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək üçün İrəvana gəliblər.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, Bako Saakyan və Arkadi Quqasyan Nikol Paşinyanla təxminən bir saat davam edən görüşdən sonra Ermənistanın sabiq prezidenti Serj Sarkisyanla da görüşüblər. Daha sonra onlar birlikdə Ermənistanın sabiq prezidenti Robert Koçaryanla görüşə yollanıblar. Bu görüşlərdən sonra Bako Saakyan və Arkadi Quqasyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla da görüşüblər.
Ermənistan mətbuatında iddia olunur ki, Bako Saakyan və Arkadi Quqasyan Nikol Paşinyanla müzakirə olunan məsələni Ermənistanın keçmiş prezidentlərinə çatdırmaq üçün onlarla görüşüblər. Ehtimal olunur ki, Qarabağ məsələsilə bağlı Paşinyanın hansısa təklifi var və bu təklifə sabiq prezidentlərdən razılıq almaq istəyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.