Trampın Çində bank hesabı olduğu ortaya çıxıb

21-10-2020, 11:52           
Trampın Çində bank hesabı olduğu ortaya çıxıb
ABŞ Prezidenti Donald Tramp Çin banklarının birində hesabı olduğunu etiraf edib.

Qazet.az xəbər verir ki, bu barədə “New York Times” məlumat verib.

Qeyd olunub ki, hesab “Trump International Hotels Management” şəbəkəsi tərəfindən idarə edilir və 2013 və 2015-ci illərdə yerli vergilər ($188 561 dollar) ödənilib.

“Hesab Asiyadakı otel bazarının tədqiqatı məqsədilə açılmışdı”, – deyə Trampın sözçüsü bildirib.

Xatırladaq ki, Tramp ABŞ şirkətlərini, o cümlədən, prezidentlik yarışında rəqibi Co Baydeni Çinlə əməkdaşlıq etməkdə günahlandırıb və iki ölkə arasındakı ticarət müharibəsi alovlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru