Paşinyanın ümidi yenə Moskvaya qalıb: - “Buna qətiyyən şübhəm yoxdur”

21-10-2020, 17:49           
Paşinyanın ümidi yenə Moskvaya qalıb: -
Ermənistan baş naziri Nikol Paşinyan bu gün özünün Facebook səhifəsində Ermənistanla Rusiya arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirdiyini bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“Biz Rusiyanın köməyini Ermənistanın və erməni xalqının strateji müttəfiqi kimi hiss edirik. Bu vəziyyətdən çıxmaq üçün bir həll yolu tapmaq üçün mümkün qədər səmərəli şəkildə birlikdə çalışırıq” deyib.

Baş nazir qeyd edib ki, Rusiya bu günə qədər maksimum iş görüb, əlindən gələni edib:

“Əminəm ki, problemin həlli üçün maksimum səy göstərəcək. Buna qətiyyən şübhəm yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru