Erməni kişilərindən əli üzülən Akopyan Qarabağla bağlı birinci xanımlara üz tutdu

21-10-2020, 19:12           
Erməni kişilərindən əli üzülən Akopyan Qarabağla bağlı birinci xanımlara üz tutdu
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan ABŞ, Fransa, Kanada, Braziliya, Livan, Sinqapur, Litva, Argentina, Vyetnamın birinci xanımlarına məktub ünvanlayaraq, Azərbaycanın işğal altındakı ərazisi olan Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyib.

Unikal.org xəbər verir ki, o, məktubun mətnini özünün “Facebook” hesabında da paylaşıb.

“Dağlıq Qarabağı tanımaqla siz sülh göyərçini olacaqsınız. Mən ömrümün sonuna kimi sizə minnətdar olacağam. Mənim xalqın bunu əbədi yadında saxlayacaq”, - deyə Akopyan yazıb.

Qeyd edək ki, o, dünya ölkələrinin birinci xanımlarına ünvanladığı məktubun mətnini bir müddətdən sonra özünün sosial şəbəkə hesabından silib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru