ERMƏNİ BAŞ NAZİRDƏN ETİRAF: “İRAN ƏRAZİSİNƏ DÜŞƏN PUA-lar BİZİMDİR”

21-10-2020, 21:36           
ERMƏNİ BAŞ NAZİRDƏN ETİRAF:
Xəbər verildiyi kimi, bir neçə saat əvvəl Facebookda canlı yayımla erməni xalqına müraciət edən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin indiki mərhələdə diplomatik yolla həll variantının olmadığını bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan bu gün İranda nəşr olunan çoxtirajlı “İran” qəzetinə müsahibə verib və bəzi məsələlərdə etiraflarını da dilə gətirib.
Paşinyan deyib ki, İran bölgədə müharibəni bitirmək üçün açar rolunu oynayan dövlətdir. Eyni zamanda, Qarabağda Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarına görə, Türkiyəni ittiham etməkdən də çəkinməyib. “Türkiyənin atəşkəs rejimini mütəmadi olaraq pozması aydın məsələdir, çünki Ankaranın hədəfləri çox böyükdür. Türkiyənun məsələsi təkcə, Dağlıq Qarabağ deyil, həmçinin Cənubi Qafqazdır. Vurğulamalıyam ki, Türkiyə imperatorluğu (Osmanlı) diriltmək üçün cəhd edir. Bu isə Dağlıq Qarabağın ətrafındakı bütün ölkələrə təsir edən faktordur”.
Müsahibədə ən maraqlı məqamlardan biri isə İran ərazisinə son günlər düşən PUA-larla bağlı olub. Belə ki, son bir neçə gündə İran ərazisinə bir neçə PUA düşüb. Ermənistan ordusunun rəsmiləri həmin avadanlıqların onlara aid olmadığını, Azərbaycana məxsus olduğunu bəyan edirdilər. Hətta bu məsələdən siyasi təbliğat vasitəsi kimi istifadə etməyə də çalışırdılar. Lakin Paşinyan “İran” qəzetinə verdiyi müsahibəsində həmin PUA-ların Ermənistana məxsus olduğunu etiraf edib. Və bildirib ki, “bundan çox üzgünəm, lakin belə halların yaşanmaması üçün bundan sonra daha çox diqqətli olmağa çalışacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.