“Bloomberg”: “Apple” külli miqdarda haqsız gəlir əldə edib

22-10-2020, 00:05           
“Bloomberg”: “Apple” külli miqdarda haqsız gəlir əldə edib
ABŞ-da “Google” şirkətilə bağlı antiinhisar təhqiqatlar geniş vüsət alır.

Gununsesi.info “Bloomberg”ə istinadən xəbər verir ki, hazırda araşdırılan qalmaqala görə, “Apple” şirkəti istehsal etdiyi smartfon, planşet və s. cihazlarda müəyyən ödəniş müqabilində “Google” axtarış sistemini öndə yerləşdirməyə razılıq verib.

Belə ki, aprılan istintaq zamanı 2018-ci ildə tərəflərin əldə etdikləri razılaşmadan sonra “Apple” cihazlarında “Safari” brauzeri işə salınan kimi “Google” axtarış sistemi açılırdı. Halbuki cihaz sahibi daha sonra başqa axtarış sisteminə keçə bilirdi. “Apple” şirkəti isə başqa axtarış sistemlərinin istifadəsini, istehsal etdiyi cihazlardan onların saytlarının açıqlmasını əngəlləmədiklərini iddia edib.

Lakin ABŞ hökuməti tərəfindən aparılan araşdırma nəticəsində 2019-cu ildə “Google” axtarış sistemi vasitəsilə gedən trafikinin yarısına yaxınının məhz “Apple” cihazlarından keçdiyi üzə çıxıb. Ekspertlərin qənaətincə, “Apple”ın bu “yaxşılığ”a görə “Google”dan aldığı “pay”ın məbləği ildə 8-12 milyard ABŞ dolları qədər ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru