ABŞ bu ölkəyə iki ədəd F-16 bağışlayır

22-10-2020, 01:00           
ABŞ bu ölkəyə iki ədəd F-16 bağışlayır
ABŞ Hərbi Hava Qüvvələri Bolqarıstana iki ədəd F-16 qırıcı-bombardmançı təyyarə bağışlamaq niyyətindədir.

Teref.az xəbər verir ki, bu barədə ABŞ-ın Sofiyadakı səfirliyindən məlumat yayılıb.

“Səfirlik ABŞ Hərbi Hava Qüvvələrinin istismardan çıxarılan iki F-16 təyyarəsini Konqresinin təsdiqini aldıqdan sonra Bolqarıstana təhvil vermək niyyətində olduğunu məmnuniyyətlə elan edir”, – məlumatda bildirilib.

Təyyarələrin Bolqarıstanın “Lockheed Martin” şirkətindən səkkiz ədəd “F-16 Block 70” təyyarəsi alması ilə əlaqədar olaraq bağışlanacağı qeyd edilib.axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru