Abxaziya başından yekə işlərə burun soxur – “Dağlıq Qarabağın müstəqilliyi tanınsın”

22-10-2020, 07:40           
Abxaziya başından yekə işlərə burun soxur – “Dağlıq Qarabağın müstəqilliyi tanınsın”
Teref.az-ın Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Abxaziya «vətəndaş cəmiyyəti nümayəndələri» Qarabağ münaqişəsi zonasındakı hərbi fəaliyyətlə bağlı beynəlxalq birlik və təşkilatların ofislərinə müraciət ünvanlayıblar.

Onlar Dağlıq Qarabağın müstəqilliyinin tanınması «tələbi» ilə çıxış ediblər. Müraciət «Apsnıpress» agentliyi tərəfindən dərc olunub.

Sənəd BMT TŞ-a, Avropa Şurasına, Avropa Parlamentinə, Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisinə göndərilib.

Göründyü kimi, Rusiyanın «kuklası» rolunda çıxış edən Abxaziya öz boyundan böyük işlərə burun soxur, necə deyərlər, «özünə umac ova bilməyən kimsələr, özgəsinə əriştə kəsməyə girişiblər».AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru