İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib

26-10-2020, 07:22           
İspaniyada yenidən fövqəladə vəziyyət elan edilib
İspaniyada koronavirusun yayılmasına qarşı mübarizə tədbiri olaraq hökumətin qərarı ilə yenidən fövqəladə vəziyyət tətbiq edildi.

Trend-in İnterfaks-a istinadən verdiyi xəbərə görə, əvvəlcə tədbir 15 gün müddətində qüvvədə olacaq, lakin ölkə parlamenti hökumətin təklifini dəstəkləyərsə, rejim altı ay uzadıla bilər.

Fövqəladə vəziyyət 23:00-dan 06:00-a qədər komendant saatını, sosial təmaslara məhdudiyyətləri və hərəkətdə məhdudlaşdırılmanı nəzərdə tutur. Bundan əlavə, yerli hakimiyyət orqanları komendant saatı müddətini tənzimləmək səlahiyyətinə sahibdirlər.

İstisna yalnız Kanar adaları üçün etibarlıdır - İspaniyanın bu bölgəsindəki COVID-19-a yoluxma sayının göstəriciləri ölkənin digər bölgələrindəki kimi çox deyil, bundan əlavə turizm sahəsində məhdudiyyətləri minimum həddə saxlamaq məqsədi güdülür.

Xatırladaq ki, epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar fövqəladə vəziyyət İspaniyada bu il artıq ikinci dəfə elan edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru