Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir

6-03-2021, 06:43           
Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
Yaxın vaxtlarda dünya iqtisadiyyatı ən mühüm nemətlərinin birinin qıtlığı ilə üzləşə bilər.

“Report” “CNBC”-yə istinadən xəbər verir ki, sudan sonra ən çox tələbat doğuran qum Yer kürəsində tükənmək üzrədir. Yol, körpü, bina tikintisində ən mühüm material olan qum həmçinin şüşə, silisium çiplər vэ s. istehsalında da geniş istifadə olunur. Məsələn, bir ton sement istehsal etmək üçün 10 ton qum sərf edilir. Nəticədə təkcə tikinti sektorunda dünya boyu 40-50 milyard ton qum istehlak olunur.

Ekspertlərin qənaətincə, qum qıtlığı XXI əsrin ən böyük problemlərindən birinə çevrilə bilər. “Qumun da tükənə biləcəyi ağlımıza da gəlməzdi, amma artıq bəzi yerlərdə bunu müşahidə edirik”, – deyə BMT-nin iqlim eksperti Paskal Peduzzi qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru