Yaponiya baş naziri Baydenlə görüşmək üçün ABŞ-a səfər edəcək

12-03-2021, 08:46           
Yaponiya baş naziri Baydenlə görüşmək üçün ABŞ-a səfər edəcək
Yaponiyanın Baş naziri Yosihide Suqanın cari ilin aprel ayının birinci yarısında ABŞ-a səfəri planlaşdırılır.

“Report”un məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato mətbuat konfransında deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində baş nazirin ABŞ prezidenti Co Baydenlə görüşü nəzərdə tutulub.

Səfər təxirə salımasa Ağ Evdə Baydenlə görüşən ilk xarici lider Yaponiyanın hökumət başçısı olacaq.

Qeyd edək ki, 2009-cu ilin fevralında Yaponiyanın o zamankı Baş naziri Taro Aso da ABŞ-ın 44-cü prezidenti Barak Obama tərəfindən Ağ Evdə qəbul edilən ilk xarici lider olub. ABŞ-ın 45-ci prezidenti Donald Trampın da görüşdüyü ilk xarici lider Yaponiya hökumətinin keçmiş başçısı Şinzo Abe idi. Onlar andiçmə mərasimindən əvvəl Nyu-Yorkda görüşüblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru