Rusiya bu ərazilərə də zərbə endirəcək

12-03-2021, 09:14           
Rusiya bu ərazilərə də zərbə endirəcək
Moskva Donetsk və Luqanskdakı separatçı qurumlara hərbi yardım göstərəcək və Birləşmiş Hərbi Əməlliyyatlar zonasından kənarda olan obyektlərə də zərbələr endirəcək.

Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu rusiyalı hərbi analitik Yuri Kotyonok deyib.

“Sirr deyil, Rusiya “respublikalara” hərbi yardım göstərəcək. Bu yardımın miqyası düşmənin hərəkətlərinin yaratdığı təhdidlərlə mütənasib olacaq. Ukrayna ordusunun hücum bölmələri vurulacaq, əlavə qüvvələrin gəlməsinin, sursat tədarükünün qarşısı alınacaq”, - ekspert bildirib.

Qeyd edək ki, Donbasda son günlər vəziyyət gərginləşib. Ekspertlər mümkün müharibə ssenarilərini müzakirə edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru