Energetika nazirinin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir

9-03-2016, 12:47           
Energetika nazirinin kriminal avtoritetlə münasibətlərinin olduğu iddia edilir
Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin "Kalatoza" ləqəbli kriminal avtoritetlə münasibətlərinin olduğu iddia olunur.

"APA-Economics" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə müxalif Vahid Milli Hərəkatın liderlərindən biri, sabiq millət vəkili Qivi Tarqamadze bildirib.

Q. Tarqamadze deyib ki, "Kalatoza" K. Kaladzenin rəhbərlik etdiyi Energetika Nazirliyinə 1,1 mln. dollar köçürüb.

Məsələyə K. Kaladze münasibət bildirib: "Mənim kriminal aləmlə heç bir əlaqəm yoxdur. Lakin Qivi Tarqamadzenin belə əlaqələri mövcuddur. Özündən soruşun və o sizə detallı şəkildə hər şeyi izah edəcək. Onun kriminal avtoritetlərlə birbaşa əlaqələri var. Onun mənim barəmdə dedikləri böyük yalandır. Energetika Nazirliyinin heç bir əlavə bank hesabı yoxdur. Düzdür, mənim özümün bankım olub. Bildiyiniz kimi, mən "Progress Bank"ı təsis etmişdim, lakin oradakı payımı satdım".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru