ABŞ Rusiyaya qarşı çoxsaylı “Abrams” tankları və “Apachi” vertolyotları göndərir

9-03-2016, 17:11           
ABŞ Rusiyaya qarşı çoxsaylı “Abrams” tankları və “Apachi” vertolyotları göndərir
ABŞ Rusiya prezidenti Vladimir Putinin “aqressiv xarici siyasətinə” cavab olaraq Avropada çoxsaylı tanklar və döyüş vertolyotları cəmləşdirməyi qərara alıb.
Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ ordusundakı mənbələrə və hərbi sənədlərə istinadən “Bloomberg” agentliyi yazıb.
Xəbərə əsasən ABŞ gələn il Avropada uzunmüddətli əsasda özünün ən yaxşı zirehli texnikalarını, “tank qatilləri” kimi tanınan döyüş vertolyotlarını və Rusiya zirehli transportyorlarını məhv etmək üçün piyada döyüş maşınlarını yerləşdirəcək. Plana əsasən hərbi texnika uzunmüddətli əsasda, Rusiya ilə mümkün hərbi qarşıdurma zamanı Avropaya yeridilən Amerika qoşunlarının istifadəsi üçün yerləşdiriləcək.
Habelə Pentaqon təlim bölmələrini yenidən silahlandıraraq onların bir qismini Rusiya ordusunun bölmələri qismində çıxış etmək üçün zəruri texnika ilə təchiz edir. “Biz Ukrayna hadisələrindən dərs çıxararaq olduqca gərgin işləyirik”-ABŞ-ın Avropadakı qoşunlarının komandanı, general Ben Hoces bildirib.

“Bloomberg” yazır ki, soyuq müharibənin başa çatmasından sonra ABŞ Avropadakı hərbi qüvvələrinin və texnikasının miqdarını azaltmışdı. İndiABŞ hərbi texnikasının Avropaya qayıtması Rusiyanı cilovlamaq məqsədi daşıyır. Prezident Barak Obama 2017-cü il üçün bu proqrama 3.4 milyard dollar ayırmağı nəzərdə tutur.
Plana əsasən ABŞ Avropaya M1A2 “Abrams” tanklarını və “Apache”, UN-60 “Black Hawk” vertlyotlarını yerləşdirəcək. Habelə Avropadakı hərbçilərinin sayını artıracaq. Hazırda ABŞ Avropada 30 minlik kontingentə malikdir.
General Hoces deyib ki, hazırda Rusiya ilə birbaşa hərbi toqquşma riski aşağıdır. “Bizim məqsədimiz bu toqquşma ehtimalını daha da azaltmaqdır”-general qeyd edib.
Bundan əvvəl Pentaqonda Rusiya siyasətini kurasiya edən Evelin Farkas isə deyib ki, Rusiya tərəfi ABŞ-ın çevik reaksiya verməyə qadir olan peşəkar qüvvələrinin olduğuna əmin olmalıdır. “Əgər Rusiya hansısa NATO ölkəsinə qarşı addım atmağa qərar versə bizim Avropadakı qüvvələrimizə bir daha nəzər salmalı olacaq”-keçmiş Pentaqon rəsmisi deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.