Pakistanda uşaq parkında dəhşətli terror - 55 ölü, 200 yaralı + Video

27-03-2016, 23:56           
Pakistanda uşaq parkında dəhşətli terror - 55 ölü, 200 yaralı + Video
Pakistanın Pencap əyalətinin mərkəzi Lahor şəhərində dəhşətli terror aktı baş verib.

Miq.az TASS agentliyinə istinadən xəbər verir ki, Pakistanın şimal-qərbindəki Lahor şəhərində partlayış nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb, 200-dən çox insan isə yaralanıb.

Anadolu Agentliyi xəbər verir ki, canlı bombanın özünü 8 kiloqram partlayıcı ilə partlatdığı güman edilir. Məlumata görə, bazar günü olduğundan lunaparkda çox insan olub, ölən və yaralananların çoxu uşaq və qadınlardır.

Pakistanın baş naziri Nəvaz Şərif ölkədə 3 günlük matəm elan edib.
[media=https://www.youtube.com/watch?v=PTg7mzRFpCM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru