Saakaşvilinin "islahatçı" gürcüsünü vəzifədən qovdular

29-03-2016, 13:34           
Saakaşvilinin "islahatçı" gürcüsünü vəzifədən qovdular
Ukrayna Baş prokurorunun müavini David Sakvarelidze prokurorluq orqanlarından qovulub.

Avropa.info xəbər verir ki, Sakvarelidzenin yerinə Odessa vilayətinin prokuroru O.Juçenko təyin olunub. Prokurorluqdan bildiriblər ki, Sakavrelidze vəzifə etikasını kobud şəkildə pozduğu, qanunla yol verilməyə hallara qarışdığı, öz üzərinə düşən vəzifə və məsuliyyətləri yerinə yetirmədiyi üçün intizam məsuliyyətinə cəlb olunub.

Daha əvvəl xəbər getmişdi ki, Odessa vilayətinin deputatları David Sakvariledzenin qovulması ilə bağlı Baş Prokurorluğa dəfələrlə müraciət ediblər.

Qeyd edək ki, 24 martda Sakvarelidze “Brilyant işi” ilə bağlı prokurorluq orqanlarının əməkdaşlarını qovmağa davam etdiyini bildirmişdi. O, prokurorluğun daxili tədqiqatlar şöbəsinin iki əməkdaşını qovduğunu demişdi.

Xatırladaq ki, Sakvarelidze 2015-ci ilin 16 sentyabrında Odessa vilayətinin prokuroru təyin edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru