Qaçırılan təyyarənin bütün sərnişinləri azad edildi

29-03-2016, 14:11           

EgyptAir aviaşirkətinin A-320 təyyarəsinin bütün sərnişinləri azad olunub.

Virtualaz.org xəbər verir ki. bu barədə Avropa Parlamentinin sədri məlumat verib.

Müxtəlif mənbələrə görə, qaçırılan zaman təyyarənin göyərtəsində 50-dən 80-ə kimi sərnişin olub.

* * *12:10

İnternet istifadəçiləri bu gün EgyptAir aviaşirkətinin təyyarəsini qaçırmış Liviya qaçqını İbrahim Samahın fotoşəklini yayımlayıblar.

Bəzi məlumatlara görə, onun şəklini telefona təyyarədəki girovlardan biri çəkib.

#IbrahimSamaha onboard the #EgyptAir flight pic.twitter.com/jxuARxxdhU

— Rachel McArthur (@raychdigitalink) 29 марта 2016 г.
* * *11:36

"EgyptAir" aviaşirkətinə məxsus qaçırılmış təyyarənin bütün sərnişinləri azad edilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində yalnız ekipaj üzvləri və daha 5 nəfər qalıb.

Azad olunan sərnişinlər artıq layneri tərk edib və təhlükəsiz yerə aparılıb.

* * *11:22

А-320 təyyarəsini qaçıran şəxs Misir vətəndaşlarına təyyarəni tərk etməyə icazə verib.Təxminən 20 nəfər sərnişin qaçırılan А-320 təyyarəsini tərk edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Hazırda Kipr hökumətinin üzvləri təyyarəni qaçıran şəxslə danışıqlar aparırlar.

* * *10:54

Larnaka Aeroportu Kipr polisi tərəfindən boşaldılıb və əhatəyə alınıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, "AirEgypt" aviaşirkətinin qaçırılan A320 təyyarəsinin göyərtəsində azı bir silahlı şəxs var.

"Associated Press" isə təyyarədə bomba ola biləcəyi ehtimalını irəli sürüb.

"El Balyad" xəbər portalının məlumatına görə, "EgyptAir" aviaşirkətinin təyyarəsini ələ keçirən silahlı şəxs tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə üzərindəki partlayıcı kəməri işə salacağını deməklə komandir və sərnişinlərə hədə-qorxu gəlib.

AFP-in dəqiqləşdirməsinə görə, təyyarənin göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü var.

Məlumata görə, təyyarəni qaçıranlar Misir əsilli qadın və uşaqlara hava gəmisini tərk etməyə icazə verməyə hazırlaşırlar.

* * *10:40

"EgyptAir" aviaşirkətinin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

Bu barədə TACC "Bloomberg"ə istinadən xəbər verib.

Reuters-in verdiyi ən son məlumata görə isə qaçırılan A-320 sərnişin təyyarəsi Kiprin Larnaka aeroportunda eniş edib.

Təyyarə İskəndəriyyə-Kipr marşrutu üzrə hərəkət edirmiş. Təyyarənin göyərtəsində 81 nəfərin olduğu bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.