ABŞ Savçenkonu rus silah tacirinə dəyişməkdən imtina etdi

29-03-2016, 17:46           
ABŞ Savçenkonu rus silah tacirinə dəyişməkdən imtina etdi
ABŞ ukraynalı məhbus pilot Nadejda Savçenkonu öz həbsxanalarında yatan Viktor But və Konstantin Yaroşenkoya dəyişmək fikrində deyil.

Avropa.info xəbər verir ki, bu barədə açıqlamanı ABŞ-ın Rusiyadakı səfirliyi yayıb. Uuilyam Stivens deyib ki, onlar belə bir imkana baxmır.

Daha əvvəl xəbər getmişdi ki, guya Rusiya tərəfi Savçenkonu amerikan həbsxanalarında yatan bir qrup rusa dəyişmək fikrindədir. Onların arasında silah ticarətinə görə 25 il həbs cəzası alan Viktor But, narkotik ticarətinə görə 20 il məhkum olan Konstantin Yaraşenko var. Hər iki şəxs ABŞ-a ekstradisiya olunaraq mühakimə olunub.

ABŞ-ın Rusiyadakı səfiri Cefri Payett dəyişdirmə təklifinə reaksiya verərək, xəbəri gülməli adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru