Təyyarəni qaçıran belə təslim oldu - VİDEO

29-03-2016, 17:53           
Təyyarəni qaçıran belə təslim oldu - VİDEO
EgyptAir şirkətinə aid təyyarəni qaçıran şəxs saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Kipr XİN-i tvitter hesabında məlumat yayıb. Məlumatda qeyd edilir ki, Saif Əl Din Mustafa təslim olub və həbs edilib.

Xatırladaq ki, Mustafa bir neçə tələblə çıxış etmişdi. Onlar arasında siyasi sığınacaq, tərcüməçi, keçmiş kiprli arvadına məktubunun çatdırılması olub.

Kipr prezidenti isə baş verən olayın qadın üzündən törədildiyini açıqlamışdı.
[media=https://www.youtube.com/watch?v=_lV0YPV5HbM]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru