Rusiyadan Ermənistana qaz jesti

29-03-2016, 17:54           
Rusiyadan Ermənistana qaz jesti
Rusiya ilə Ermənistan arasında təbii qazın qiymətinin endirilməsi barədə ilkin razılıq əldə olunub.

Axar.az xəbər verir ki, “Aykakan Jamanak” qəzetinin əldə etdiyi məlumata görə, Moskva İrəvana satdığı qazın qiymətini 12 faiz ucuzlaşdıracaq.

Hazırda Rusiya qazın min kubmetrini Ermənistana 165 dollara satır. Ucuzlaşmadan sonra isə bu rəqəm 146 dollara düşəcək.

Əgər yekun razılıq əldə olunarsa, Rusiya Baş naziri Dmitri Medvedyevin növbəti ay İrəvana səfəri zamanı rəsmi şəkildə açıqlama veriləcək.

Qeyd edək ki, bu razılaşmadan sonra daxili istehlakçıya qazın 1 kubmetri 10 dram ucuz, 146 drama (0,30 dollar) satılacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru