Səudiyyə neftdən itirdiyini Həcclə qazanacaq

29-03-2016, 21:31           
Səudiyyə neftdən itirdiyini Həcclə qazanacaq
Neftin kəskin ucuzlaşmasından sonra çətin vəziyyətə düşən Səudiyyə Ərəbistanı gəlirlərini Həcc ziyarəti ilə artırmağı planlaşdırır.

Axar.az xəbər verir ki, rəsmi Ər-Riyad Həcc dövründə 2 milyon müsəlmanı qəbul edir.

Bu rəqəmin 2020-ci ildə 2,7 milyona çatması gözlənilir.

İqtisadçılara görə, Ümrə və Həcc üçün Ərəbistana gələnlərin sayında ciddi artım potensialı var və bu, ölkədə məşğulluq imkanlarını genişləndirir.

Rəsmi məlumata görə, turizm sektoru ölkənin ÜDM-nə 22,6 milyard dollar qatqı verir. Həcc və Ümrə ziyarətlərinin bu rəqəmdə payı isə 12 milyard dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru