“Saab” şirkəti Abu Dabidə hərbi və fövqəladə əməliyyatları üçün ən müasir, etibarlı 5G rabitə sistemi olan “DeployNet”-i istifadəyə verir.
“DeployNet” ən çətin mühitlər üçün genişləndirilə bilən 5G/LTE simsiz şəbəkəsidir və çoxsaylı məlumat mənbələrindən, sensorlardan və istifadəçilərin qarşılıqlı fəaliyyətindən asılı olan bugünkü missiyalar üçün yüksək ötürmə qabiliyyətini təmin edir.
Güclü kibertəhlükəsizliklə dəstəklənən kompakt sistem coğrafi cəhətdən uzaq ərazilərdə yüksək ötürmə qabiliyyətini təmin etməklə və ya zədələnmiş, yaxud məhdud yerli şəbəkələri gücləndirməklə tez bir zamanda tətbiq oluna bilər.
Texnologiyanın bazaların mühafizəsində, axtarış-xilasetmə əməliyyatlarında və kəşfiyyatda istifadə edilməsi təklif edilir.