"Şəhərdə diversant qruplar mövcuddur” - Kliçko son vəziyyətlə bağlı məlumat verib

27-02-2022, 08:09           
"Şəhərdə diversant qruplar mövcuddur” - Kliçko son vəziyyətlə bağlı məlumat verib
“Rusiya Silahlı Qüvvələri Kiyev şəhərində daxil ola bilməyib, amma şəhərdə diversant qruplar mövcuddur”.

“Report” xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, diversant qruplar hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilir: “Rusiya ordusu paytaxtın yaşayış məntəqələrini atəşə tutub. Bu gün toqquşmalar və atışmalar olub. Bəzi ərazilərdə indi də davam edir. Kiyevə hücum başlayandan 1-i uşaq olmaqla 6 mülki şəxs ölüb, 71 nəfər yaralanıb. Onlardan 25-i mülki şəxsdir, o cümlədən 3-ü uşaq”.

Qeyd edək ki, ötən gün axşam saatlarında Kiyevin Darnitski rayonunda nəzarət-buraxılış məntəqəsini yarmaq istəyərkən bir qrup rusiyalı diversant polis və Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru