NASA-dan Beynəlxalq Kosmik Stansiyanın işi ilə bağlı Roqozinin açıqlamalarına CAVAB

27-02-2022, 08:48           
NASA-dan Beynəlxalq Kosmik Stansiyanın işi ilə bağlı Roqozinin açıqlamalarına CAVAB
“Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozin Rusiyaya qarşı sanksiyalar davam edərsə, Beynəlxalq Kosmik Stansiyanın (BKS) öz orbitindən çıxa biləcəyini və ABŞ, ya da Avropada hansısa ölkənin üzərinə düşə biləcəyini iddia edib.

BKS-nin orbiti və mövcud yerləşmə yerinin Rusiya istehsalı olan avadanlıqlarla nəzarətdə saxlanıldığını iddia edən Roqozin 500 tonluq sistemin Hindistan və ya Çin üzərinə düşə bilmə ehtimalının olduğunu da vurğulayıb.

Məsələ ilə bağlı NASA-dan isə bildirilib ki, “Roskosmos”, Kanada, Avropa və Yaponiyadakı ortaqları ilə BKS-nin fəaliyyətinin fasiləsiz və təhlükəsiz davam etdirilməsi üçün çalışmalar davam etdirilir. Həmçinin vurğulanıb ki, tətbiq edilən sanksiyalar ABŞ – Rusiya sivil kosmik işbirliyinə icazə verəcək.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru