“Google” Rusiyanın dövlət mediasını bloklayıb

27-02-2022, 11:27           
“Google” Rusiyanın dövlət mediasını bloklayıb
“Google” korporasiyası Rusiyada dövlət mediasının monetizasiyasını dayandırmaq qərarına gəlib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, şirkət Rusiya dövləti tərəfindən maliyyələşdirilən KİV-lərə öz xidmətlərinin reklamını müvəqqəti olaraq qadağan etdiyini bildirib.

Bundan əvvəl yutub videohostinqi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar bu ölkənin bir sıra kanallarının monetizasiyasını əngəllədiyini təsdiqləyib. Bundan əvvəl Rusiya mediasının monetizasiyası feysbuk və instaqram sosial şəbəkələrinin sahibi olan Meta tərəfindən qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru