SWIFT Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməyə hazırlaşır

28-02-2022, 07:52           
SWIFT Aİ-nin Rusiyaya qarşı sanksiyalarını tətbiq etməyə hazırlaşır
Qlobal banklararası məlumat və ödəniş sistemi olan SWIFT Rusiya banklarına qoyulan məhdudiyyətlər haqqında ətraflı öyrənmək üçün Avropa İttifaqı (Aİ) səlahiyyətliləri ilə işləyir və sərəncama uyğun hərəkət etməyə hazırlaşır. “Report” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belçikada yerləşən qlobal maliyyə təşkilatları kooperativi özünün neytral olduğunu və ayrı-ayrı qurumlardan alınan, yalnız səlahiyyətli dövlət orqanları və müvafiq qanunverici orqanlar tərəfindən verilən sifarişlər əsasında fəaliyyət göstərdiyini bildirib.

"Biz yeni tədbirlərə məruz qalacaq qurumlar haqqında təfərrüatları öyrənmək üçün Avropa səlahiyyətliləri ilə əlaqə saxlayırıq və qanunvericilik sərəncamlarına uyğun olaraq onları həyata keçirməyə hazırlaşırıq", - təşkilat bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru