Danimarka Ukraynaya hərbi texnika ilə dəstək, könüllülərin döyüşməsinə icazə verib

28-02-2022, 10:42           
Danimarka Ukraynaya hərbi texnika ilə dəstək, könüllülərin döyüşməsinə icazə verib
Danimarka Ukrayna uğrunda müharibədə öz könüllülərinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirakını təsdiqləyib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Danimarkanın Baş naziri Mette Frederiksen bildirib ki, ölkə vətəndaşları Ukraynada beynəlxalq müdafiə legionuna qoşula bilərlər.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Danimarkadan 2 700 tank əleyhinə qumbaraatan və sursat alacaqlar.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski əcnəbiləri Ukraynaya gələrək rus qoşunlarına qarşı döyüşə qoşulmağa çağırıb. Prezident Ukraynanın dostu olan bütün xarici ölkələrin vətəndaşlarına müraciət edərək bildirib ki, Avropada və dünyada təhlükəsizliyin müdafiəsinə qoşulmaq istəyən hər kəs gəlib ukraynalılarla çiyin-çiyinə dayana bilər.

Ukrayna Prezidentinin 10 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Silahlı Qüvvələrdə hərbi xidmət keçmə haqqında Əsasnamə”yə əsasən, əcnəbilər Ukrayna Silahlı Qüvvələrinə hərbi xidmət keçmək, ərazi müdafiə qüvvələrinin sıraları da daxil olmaqla könüllülülük əsasında müqavilə bağlamaq hüququna malikdirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru