Kanadada Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi

25-06-2022, 00:03           
Kanadada Rusiya aktivlərinin müsadirəsi təsdiqləndi
Kanada Senatı baş nazir Castin Trüdonun təklif etdiyi Rusiya aktivlərinin müsadirə edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

Məlumata görə, layihə xarici vətəndaşların mənzil almasına iki illik qadağa qoyulması, eləcə də Rusiyanın Ukraynaya təcavüzünə görə məsuliyyət daşıyanların aktivlərinin müsadirə edilməsi və satılmasını nəzərdə tutur.
Ətraflı

Həmçinin bildirilir ki, 450 səhifəlik sənəd parlamentin yuxarı palatasından keçdikdən sonra kralın rəsmi razılığından sonra qanuna çevriləcək.

Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak artıq bu xəbərə münasibət bildirib. Onun sözlərinə görə, yeni qanun sayəsində Kanada öz ərazisində dondurulmuş Rusiya aktivlərini müsadirə edərək Ukraynaya ötürə biləcək və bu, müharibə başlayandan sonra ilk belə presedent olacaq. (Mənbə: rbc.ua)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru