Tiflisdə aksiyalar başladı - Minlərlə insan şəhərin mərkəzinə toplaşdı

25-06-2022, 00:08           
Tiflisdə aksiyalar başladı -
“Utanc” gənclər təşkilatı yenidən minlərlə insanı Tbilisinin mərkəzinə toplayıb. Bu dəfə hakimiyyətdən Avropa İttifaqının (Aİ) Gürcüstana namizəd statusu almaq üçün qoyduğu şərtləri yerinə yetirməsi tələb edilib.
“Sputnik Gürcüstan” xəbər verir ki, söhbət Avropa Komissiyasının Gürcüstanın müraciətinə dair rəyində əvvəllər qeyd etdiyi 12 şərtdən gedir.
Aksiya Rustaveli prospektində, Gürcüstan parlamentinin qarşısında keçirilir. Mitinq iştirakçılarının əksəriyyətini gənclər təşkil edir.
Qeyd edək ki, Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilən kimi ona namizəd statusu verməyə hazır olduğunu bildirib. Artıq Ukrayna və Moldova namizəd statusu alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru