“12 milyondan çox ukraynalı didərgin salınıb” - BMT

25-06-2022, 09:04           
“12 milyondan çox ukraynalı didərgin salınıb” - BMT
“Bu gün Rusiyanın Ukraynaya təcavüzündən dörd ay keçir. BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad müharibənin 12 milyondan çox ukraynalını didərgin saldığını və daimi həll yolunun tapılmasının vacibliyini söyləyib”.

Bunu BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik Nyu-Yorkdakı mənzil-qərargahında gündəlik mətbuat konfransında Ukraynadakı son humanitar vəziyyətlə bağlı danışan zaman deyib.

“Biz Ukraynanın şərq bölgələrində təcili yardıma ehtiyacı olan mülki şəxslərə humanitar yardımın çatdırılması üçün çağırışları davam etdiririk”, - deyə Düjarrik əlavə edib. `












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru