“Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə hədələməyib” - Zaxarova

25-06-2022, 09:18           
“Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə hədələməyib” - Zaxarova
“Rusiya heç vaxt heç kəsi nüvə silahı ilə təhdid etməyib, Moskvanın nüvə silahının hipotetik istifadəsinə yanaşması yalnız çəkindirmə məntiqinə əsaslanır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Bundan əvvəl Vyanada Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsini imzalayan 86 ölkənin nümayəndələrinin birinci konfransı keçirilib.

“İştirakçı Dövlətlərin Konfransı ərəfəsində Ukrayna münaqişəsi kontekstində “nüvə silahından istifadə ilə bağlı qarşılıqlı təhdidlər”lə bağlı verilən bəyanatlar, o cümlədən konfransın tribunasından Rusiyanın iddia edilən “nüvə şantajı” çaşqınlıq yaratmaya bilməz. Bir daha vurğulayırıq: Rusiyadan heç bir “nüvə təhlükəsi” olmayıb və yoxdur”, - Zaxarova bildirib.(Qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru