3 minə yaxın miqrant Meksikadan ABŞ sərhədinə axın edib

25-06-2022, 09:38           
3 minə yaxın miqrant Meksikadan ABŞ sərhədinə axın edib
Hansısa insident barədə məlumat verilməyib

Meksikanın cənubundakı Çiapas ştatından 3000-ə yaxın əcnəbi Amerika ilə sərhədə axın edib. AYNA xəbər verir ki, bu barədə “El Debate” qəzeti məlumat yayıb. Miqrantlar arasında Venesuela, Haiti və bir sıra Mərkəzi Amerika ölkələrindən olan vətəndaşlar var.

Polis əməkdaşları və Milli Qvardiyanın döyüşçüləri onların hərəkətinə mane olmur.

Hər hansı insident barədə məlumat verilməyib.

Rəsmi hesablamalara görə, bu ilin yanvarın 1-dən aprelin 13-dək hüquq-mühafizə və miqrasiya orqanlarının əməkdaşları Meksikada digər ştatlardan olan 115 300 mindən çox miqrantı saxlayıblar.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru