Hollandiyada ildırım çoxlu yanğınlara səbəb olub - VİDEO

25-06-2022, 11:26           
Hollandiyada ildırım çoxlu yanğınlara səbəb olub - VİDEO
Hollandiyada şiddətli ildırımlar nəticəsində son sutka ərzində bir neçə yanğın hadisəsi baş verib.

Bu barədə NOS məlumat yayıb.

Limburq əyalətində bir şəhərdə ildırım vurduqdan sonra bir neçə avtomobilin olduğu yardımçı tikililər yanıb. Yanğınsöndürənlər alovun qonşu tikililərə keçməsinin qarşısını ala biliblər.

Həmçinin Qelderland əyalətinin Ubberqen kəndində də tikilinin damını ildırım vurub. Bütün sakinlər vaxtında təxliyə edilib və tələfat olmayıb, lakin dam örtüyünün böyük hissəsi dağılıb.

Bundan əlavə, Brabant əyalətindəki kəndlərdən birində evin bacasına ildırım düşüb və nəticədə başlayan yanğın tez bir zamanda söndürülüb.

Hollandiyada cümə günü bütün ölkə üzrə ildırım gözlənilir.


Mənbə: Evropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru