Evində təmir işləri görərkən inklərin qədim sərdabəsini aşkarladı - FOTO

25-06-2022, 11:54           
Evində təmir işləri görərkən inklərin qədim sərdabəsini aşkarladı - FOTO
Peru sakini evinin zirzəmisində təmir işləri zamanı inklərin qədim sərdabəsini aşkar edib. Tapıntının yaşının 500 il olduğu güman edilir.

Məlumata görə, parçaya bükülü olan qalıqlar yerli elitaya məxsus olub. Məzarda həmçinin saxsı qablar və zərgərlik məmulatları da olub.

Alimlərin ehtimalına görə, dəfn olunanlar 1400-cü illərdə qüdrətli inklərin Cənubi Amerikanın qərbindəki imperiyanı tabe etməsinə qədər Limada geniş yayılan ririkanço elitasını təmsil edib. İnklərin özləri 1532-ci ildə ispan konkistadorlar tərəfindən fəth edilib.

Ev sahibi İpolito Tika tapıntıya inana bilmədiyini deyib.

“Bu heyrətamizdir. Bunu təsvir etmək üçün həqiqətən söz tapmıram”, - deyə o, bildirib.



Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru