Pakistan Çindən 2,3 milyard dollar kredit aldı

25-06-2022, 12:48           
Pakistan Çindən 2,3 milyard dollar kredit aldı
Pakistan Dövlət Bankı cümə günü axşam Çin Banklar Konsorsiumundan 15 milyard yuan (təxminən 2,3 milyard dollar) kredit aldığını təsdiqləyib. AzVision.az xəbər verir ki, bunu ölkənin maliyyə və gəlirlər naziri Miftah İsmayıl özünün tviter səhifəsində məlumat verib.

“Mən məmnuniyyətlə elan edirəm ki, Çin konsorsiumundan 15 milyard yuan (təxminən 2,3 milyard dollar) məbləğində kredit bu gün (24 iyun - Red) Pakistan Dövlət Bankındakı hesaba köçürülüb və bu, bizim xarici valyutamızı artırıb”, - deyə o yazıb.

Bu həftə Pakistan Çin Bank Konsorsiumu ilə ölkənin valyuta ehtiyatlarını dəstəkləmək və Pakistan rupiyasını sabitləşdirmək üçün kredit ayırmaq üçün müqavilə imzaladığını elan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru