Kreml defoltla bağlı iddialarla razılaşmır

27-06-2022, 15:10           
Kreml defoltla bağlı iddialarla razılaşmır
Kreml defoltla bağlı iddialara aydınlıq gətirib
Kreml Rusiyanın xarici borcunu yerinə yetirməməsi ilə bağlı iddialarla razılaşmır.

Teref.az APA-ya istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O vurğulayıb ki, Rusiya rəhbərliyinin mövqeyi hamıya məlumdur: “Söhbət ondan ibarətdir ki, Qərb Rusiya aktivlərini qeyri-qanuni bloklayıb və bu pullardan hər hansı şəkildə istifadə etmək cəhdləri də qeyri-qanuni olacaq, mahiyyətcə açıq-aşkar oğurluq demək olacaq. Bu defolt iddiaları da tamamilə əsassızdır, çünki xarici valyutada lazımi ödəniş may ayında həyata keçirilib. Euroclear-ın bu pulu tutaraq alıcılara çatdırmaması isə artıq bizim problemimiz deyil. Yəni ki, bu halda bu vəziyyəti defolt adlandırmaq üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, Bloomberg agentliyi Rusiya iqtisadiyyatının bazar ertəsi gecəsi defolt olduğunu iddia edib. Agentliyin yazdığına görə, bu defolt Rusiyada 1918-ci ildən bəri ilk dəfə baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru