NASA insanlardan kömək istədi
29-06-2022, 08:08

ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi (NASA) Yupiterin əsrarəngiz və valehedici görüntülərinin öhdəsindən gələ bilmədiyi üçün hər kəsi köməyə çağırıb.
Cebhe.info xəbər verir ki, alimlər əsasən hidrogen və helium qazlarından ibarət olan Yupiter planetini yaxından öyrənməyə davam edirlər.
2011-ci ildə NASA tərəfindən kosmosa göndərilən "Juno" adlı kosmik gəmi Yupiter ətrafında fırlanır və Yerə planet haqqında müxtəlif məlumatlar, fotoşəkillər göndərir. Lakin fotoşəkillərin sayı alimlərin təxminlərini üstələyib. Hətta NASA tədqiqatçıları bütün fotoşəkilləri nəzərdən keçirmək üçün illər lazım olduğundan narahatdırlar. Ona görə də NASA ictimaiyyəti fotoşəkilləri nəzərdən keçirməyə səsləyib.
Bunun üçün alimlər tərəfindən "Jovian Vortex Hunter" adlı ictimai layihə yaradılıb. NASA hər kəsi Yupiterdə çəkilən şəkilləri incələməyə çağırıb. Bununla da Yupiterin atmosfer xüsusiyyətlərinin başa düşüləcəyini güman edilir. Tədqiqatçılar əsasən planetdəki burulğanların əmələ gəlməsinə nəyin səbəb olduğunu müəyyən etməyə çalışacaqlar.