ABŞ Ali Məhkəməsinə afroamerikalı qadın üzv seçilib - İLK DƏFƏ

1-07-2022, 08:47           
ABŞ Ali Məhkəməsinə afroamerikalı qadın üzv seçilib -
Afrika əsilli amerikalı Ketanci Braun Cekson Amerika Birləşmiş Ştatları Ali Məhkəməsinin yeni üzvü olub.

CNN-in məlumatına görə, o, and içib.

51 yaşlı Cekson təqaüdə çıxan 83 yaşlı Stiven Brayeri əvəz edib.

Ketanci Braun Cekson ABŞ Ali Məhkəməsində xidmət edən ilk afroamerikalı qadın olub.

Bundan əvvəl o, Kolumbiyada apellyasiyada hakim vəzifəsində çalışıb.

Amerikada federal hakimlər ömürlük təyin olunurlar. Onların namizədliyi senatorlar tərəfindən nəzərdən keçirilir. Ali Məhkəmə doqquz üzvdən ibarətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru