Tokioda dəhşətli istilər baş alıb gedir: Yüzlərlə insan xəstəxanaya yerləşdirilib

1-07-2022, 09:56           
Tokioda dəhşətli istilər baş alıb gedir:
Yaponiyanın paytaxtı Tokioda üçüncü gündür ki, istilər səbəbindən 200-dən çox insan xəstəxanaya yerləşdirilib.

Belə ki, iyunun 30-da 226 Tokio sakini uzun müddət qızmar Günəş altında qalma səbəbindən xəstəxanaya yerləşdirilib, onlardan 14-nün vəziyyəti ağırdır.

Yaponiyanın paytaxtında istilərin davam etdiyi bir vaxtda yerli hakimiyyət orqanları əhalini kondisionerlərdən istifadə etməyə və bol su içməyə çağırır.

Bundan əlavə, iyun ayında ümumilikdə 1 517 Tokio sakini günvurma səbəbi ilə xəstəxanaya müraciət edib ki, bu da son 10 ildə həmin ay üçün ən yüksək rəqəmdir.

Cümə axşamı Tokio iyun ayı üçün mütləq temperatur rekordu qırıb. Gün ərzində termometr 36,4 dərəcəni göstərib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru