Bidzina İvanişvili klinikaya aparılıb - Xəstəxana, küçələr bağlanıb, yüksək təhlükəsizlik tədbirləri görülüb

2-07-2022, 07:45           
Bidzina İvanişvili klinikaya aparılıb -
Gürcüstanda hakim "Gürcü Arzusu" koalisiyasının qurucusu, keçmiş Baş nazir, milyarder Bidzina İvanişvili Batumidə "Medcenter" klinikasına aparılıb.

"AzPolitika.info" gürcü mediasına istinadən xəbər verir ki, milyarder müayinədə olduğu bir neçə saat ərzində klinika tamamilə bağlanıb.

Şahidlərinin sözlərinə görə, klinikaya gedən yollar bağlanıb, binaya heç kəs buraxılmayıb. Mühafizəçilər heç kim İvanişvilinin şəklini çəkməsin deyə tibb işçilərinin mobil telefonlarını müsadirə ediblər.
Ətraflı

Məlumatına görə, İvanişvili klinikada təxminən bir saat qalıb. O maqnit rezonans müayinəsindən keçib.

Yerli media xatırladır ki, 26 may tarixində Puşkin küçəsi bağlanıb. Dövlət təhlükəsizlik maşınları, şəxsi təhlükəsizlik avtomobilləri və daha sonra Bidzina İvanişvili gəlib.

Bir saat ərzində Bidzina MRT şöbəsində olub və ehtimal ki, onun onurğa sütununun müayinəsi aparılıb. İvanişvili klinikadan çıxdıqdan sonra klinika fəaliyyətinə başlayıb. "TV Pirveli" bir neçə mənbə ilə məlumatı yoxlayıb və onların hamısı Bidzina İvanişvilinin həqiqətən də müayinə üçün Batumi klinikasında olduğunu təsdiqləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru