Avrozonada inflyasiya yeni rekord həddə çatıb

2-07-2022, 08:28           
Avrozonada inflyasiya yeni rekord həddə çatıb
İyun ayında Avrozonada inflyasiya gözləntiləri üstələyərək 8,6%-ə yüksəlib. Sürətli inflyasiya əsas etibarilə enerji qiymətlərinin may ayındaki 39,1%-dən iyunda 41,9%-ə yüksəlməsi fonunda müəyyənləşməkdə davam edir.

Daha sonra iyunda əvvəlki ayla müqayisədə 8,9% bahalaşan ərzaq məhsulları, spirtli içkilər və tütün məmulatları gəlir.

Dəyişkən komponentləri istisna edən və əsas qiymət təzyiqlərinin yaxşı göstəricisi hesab edilən baza inflyasiyası may ayında 3,8%-dən iyunda 3,7%-ə qədər bir qədər azalıb.

İnflyasiyadan üzv dövlətlər arasında ən çox Baltikyanı ölkələr zərər çəkib, Estoniyada bu, 22%-ə, Litvada 20,5%-ə və Latviyada 19%-ə çatıb. Ən aşağı inflyasiya göstəriciləri Malta (6,1%) və Fransada (6,5%) qeydə alınıb.(Mənbə: Evropeyskaya Pravda)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru