“Ümumiyyətlə, Ukraynanın istehsal etdiyi taxılının Qara dəniz vasitəsilə ixracı üçün bütün imkanlar səfərbər olunub. Bu da son deyil. Eyni zamanda, Rusiya taxılının və gübrələrinin dünya bazarlarına çıxarılmasının təmin edilməsinə dair paket saziş üzrə danışıqlar aparılır".
Publika.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında bildirib.
“Danışıqlar davam edir. Nəticə əldə edilən kimi biz onları elan etməyə hazır olacağıq”, - Düjarrik deyib.
BMT taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsi elan edib. Öz növbəsində Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına tədarükünə qarşı çıxmaqda ittiham edib.