Çexiya ehtiyat üçün 360 milyon dollarlıq qaz alıb

3-07-2022, 00:39           
Çexiya ehtiyat üçün 360 milyon dollarlıq qaz alıb
Çexiya dövlət ehtiyatı üçün 360,2 milyon dollara təbii qaz alıb. "Report" xəbər verir ki, bu barədə CTK xəbər agentliyi məlumat yayıb.

Dövlət ehtiyatı üçün qaz yeraltı anbarlara daxil olub. Satınalma Ukraynadakı vəziyyət və qazın Rusiyadan tədarükünün məhdudlaşdırılması təhlükəsi ilə əlaqədar həyata keçirilib.
Ətraflı

Çexiyanın yeraltı anbarlarının qazla doldurulması prosesi davam edir. Hazırda onlar ümumi həcmin təxminən üçdə ikisi ilə doldurulur. Hökumət əməliyyat şirkətləri qarşısında istilik mövsümünə qədər ümumi həcmin azı 80%-ni doldurmaq vəzifəsi qoyub.

Dövlət Material Ehtiyatları Departamenti yaxın vaxtlarda 50 milyon dollara 75 min ton neft alacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru