Şoyqu Putinə məruzə etdi: Luqansk tam "azad olundu" - Zelenski bunu " növbəti yalan" adlandırdı...
3-07-2022, 16:19
Rusiya ordusu Ukraynanın Luqansk vilayətinə nəzarəti ələ keçirib.
TNS TASS-a istinadla xəbər verir ki, bu barədə bu gün Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinə məruzə edib.
"Sergey Şoyqu ali baş komandan Vladimir Putinə "Luqansk Xalq Respublikası"nın azad edilməsi barədə məruzə edib”,- deyə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, ötən gecə Rusiya ordusu Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətində qalan sonuncu şəhəri - Lisiçanskı mühasirəyə alıblar. Teref.az qeyd edir ki, Ukrayna Prezidenti Zelenski bu xəbəri rusların növbəti yalanı adlandırdı...