Amerika erməniləri Qarabağa gəldi - Sülhməramlılar hara baxır?

3-07-2022, 16:41           
Amerika erməniləri Qarabağa gəldi -
Şənbə günü, iyulun 2-də Ermənistan KİV-i Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndə heyətinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə səfər etdiyini və bir sıra görüşlər, xüsusən də özünü “Dağlıq Qarabağın xarici işlər naziri” adlandıran Babayanla görüşlər keçirdiyini bildirib.

Teref.az haqqın.az-a istinadla bildirir ki, həmçinin erməni diasporunun üzvləri minalardan təmizləmə təşkilatı The HALO Trust-ın nümayəndələri ilə görüşüblər.

Qeyd edək ki, sülhün qorunması və möhkəmləndirilməsi üçün Azərbaycan torpaqlarında olan Rusiya sülhməramlılarının xarici dövlətin vətəndaşlarının Azərbaycanın suveren ərazisinə sərbəst buraxması ilk dəfə deyil. Xatırladaq ki, ötən il dekabrın sonunda Rusiya sülhməramlıları Respublikaçılar Partiyasından Fransa prezidentliyinə keçmiş namizəd Valeri Pekresin Azərbaycan ərazilərinə necə qanunsuz səfər etdiyini və bununla da Azərbaycanın suverenliyini necə pozduğunu “görməmişdilər”.
Və yenə sual yaranır: erməni diasporunun nümayəndələri Laçın dəhlizindən necə keçiblər və Rusiya sülhməramlıları ümumiyyətlə hara baxırlar?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru